Deputat məhsullarda şəkərin normaları ilə bağlı normativlər olmasını təklif edib

İstehsal olunan məhsullarda şəkərin miqdarı ilə bağlı normativlər olmalıdır. Bunu Milli Məclisin deputatı Emin Hacıyev deyib.
www.anews.az
"Azərbaycanda şəkərli xəstələrin sayında artım var. Bir neçə ölkələrdə istehsal olunan məhsullarda şəkərin miqdarı ilə bağlı normativlər var. Hesab edirəm ki, bunu araşdırmaq zamanıdır. Bu əhalinin sağlamlığı üçün vacibdir", - deputat yanvarın 17-də Aqrar siyasət komitəsinin iclasında çıxışı zamanı deyib.
Hazırda Azərbaycanda şəkərli diabet xəstəliyi registrində 284 656 xəstə qeydiyyatdadır. Dağınıq skleroz xəstələrinin registrində olan xəstələrin sayı 2001-dir. Onlardan 675 xəstə beta-interferon (avoneks), 300 xəstə isə mitoksantron preparatı ilə təmin olunur. 2023-cüs ilin yanvar-iyununda 34 yeni xəstə qeydiyyata alınıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























