• $
  • €
  • ₽
  • ₺
  • £

“Apple” yenidən dünyanın ən dəyərli markası olub

“Apple” yenidən dünyanın ən dəyərli markası olub
17.01.2024 17:49
ABŞ-ın "Apple” korporasiyası 1 illik fasilədən sonra yenidən dünyanın ən dəyərli markası olub.

Bu barədə beynəlxalq brendlərin qiymətləndirilməsini həyata keçirilən "Brand Finance” təşkilatının "Global500" - Dünyanın Ən Dəyərli 500 Brendi 2024" araşdırmasında bildirilir.

Sənədə əsasən, bu il "Apple”ın dəyəri ötən illə müqayisədə 74 % artıraraq 516,6 milyard ABŞ dollarına çatıb.

Bundan əvvəl "Apple” 2021-2022-ci illərdə dünyanın ən dəyərli markası seçilmişdi. 2023-cü ildə isə ABŞ-ın "Amazon” şirkəti onu geridə qoymuşdu.
Dünyanın ən dəyərli markaları arasında ilk 10-luqda "Apple”ı "Microsoft” (340,4 milyard ABŞ dolları), "Google” (333,4 milyard ABŞ dolları), "Amazon” (308,9 milyard ABŞ dolları), "Samsung” (99,4 milyard ABŞ dolları), "Walmart” (96,8 milyard ABŞ dolları), "Tiktok” (84,2 milyard ABŞ dolları), "Facebook” (75,7 milyard ABŞ dolları), "Deutsche Telekom” (73,3 milyard ABŞ dolları) və ICBC bankı (71,8 milyard ABŞ dolları) izləyir.

Hesabat dövründə "dünyanın ən dəyərli markası" sıralamasında ilk 500 şirkətin 40,6 %-i və yaxud 203-ü ABŞ-a, 13 %-i və yaxud 65-i Çinə, 6,6 %-i və yaxud 33-ü Yaponiyaya, 6,4 %-i və yaxud 32-si Fransaya, 28-i və yaxud 5,6 %-i Almaniyaya, 20-si və yaxud 4 %-i isə Böyük Britaniyaya, 119-u və yaxud 23,8 %-i isə digər ölkələrə məxsusdur.

Dünyanın ən dəyərli 500 markasının 71-i bank, 53-ü pərakəndə ticarət, 49-u texnologiya sektorunda, 327-si isə digər sektorlarda fəaliyyət göstərir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol