• $
  • €
  • ₽
  • ₺
  • £

Qucaqlaşmaq ağrıları azaldır

Qucaqlaşmaq ağrıları azaldır
26.02.2014 21:23
Adi qucaqlaşmanın insana güclü təsiri var. Tədqiqatlar göstərir ki, bu, depressiya, təlaşlanmaq daxil olmaqla, psixi xəstəliklərin müalicəsinə kömək edir. Qucaqlaşmanın köməyi ilə stress və yalqızlıq hissinin öhdəsindən gəlmək olar. Trend-in məlumatına görə, bu barədə "Tayms of İndia" yazır.Eyni zamanda, qucaqlaşma insanda etibar və təhlükəsizlik hissi yaradır, başqaları ilə açıq və dürüst əlaqə qurmağa imkan verir.Qucaqlaşma həmçinin emosional fonun yaxşılaşmasına imkan yaradan oksitosinin konsentrasiyasını artırır. Əgər qucaqlaşma uzun sürərsə, bu halda yaxşı əhval-ruhiyyənin mənbəyi olan serotoninin ifrazı artır.Hər kəs ona xüsusi və sevgi ilə yanaşılmasını istəyir. Buna görə də qucaqlaşmaq özünəqiymət hissini artırır. Məlumdur ki, özünə dəyər hissi ilə bağlı assosiasiyalar erkən uşaqlıqdan insanın əsəb sisteminə yazılır. İnsanların bir-birilərini qucaqlamaları isə onları aktivləşdirir.Üstəgəl, bu, yumşaq toxumalarda qan dövranının güclənməsi hesabına ağrının azalmasına gətirib çıxarır. Əsəb sistemi normallaşır, insanın tənəffüsü qaydaya düşür. Alimlərin qənaətincə, insanın diqqətini cari problemlərdən yayındırmaq nöqteyi-nəzərindən qucaqlaşmanı effektinə görə gülüş terapiyası ilə müqayisə etmək olar. Eyni zamanda bununla insan başqasının dərdinə şərik olmağı öyrənir.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol