• $
  • €
  • ₽
  • ₺
  • £

Dəmiryol stansiyasında silahlı şəxs saxlanılıb

Dəmiryol stansiyasında silahlı şəxs saxlanılıb
17.01.2024 20:04
Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları bir neçə istiqamətdə əməliyyat tədbirləri keçiriblər.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
 
Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının Zazalı Dəmiryol Stansiyasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Sahib Həsənov saxlanılan zaman onun üzərindən bir ədəd "Kalaşnikov” markalı avtomat, bir ədəd həmin avtomata aid patron darağı və 10 ədəd 5,45 kalibrli patron aşkar edilərək götürülüb.

Polis şöbəsinə Dəllər-Şəmkir dəmir yolu xətti yaxınlığında silah-sursat olması barədə daxil olan məlumata görə, polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər. Bu zaman oradan iki ədəd "F1” əl qumbarası, bir ədəd "UZRMQ” markalı partladıcı, iki ədəd "Çermuxa” markalı tüstü qumbarası, dörd ədəd avtomat darağı, 47 ədəd müxtəlif silahlara məxsus patron aşkar edilərək götürülüb.
Polis əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində isə Gəncə şəhər sakini özünə məxsus, müvafiq sənədləri olmayan ov tüfəngini könüllü təhvil verib.

Bundan başqa, XPŞ-nin və Ağstafa Xətt Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Əlixan Hüseynov saxlanılaraq Polis Bölməsinə gətirilib, üzərinə baxış keçirilən zaman 470 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.






www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol