Hamiləlik məzuniyyəti uzadıla bilər

Hamiləlik müddətində nəzərdə tutulan məzuniyyət 140 günə çatdırla bilər. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
"Hazırda bu müddət 126 gündür. Yaz sessiyasında bu məsələnin müzakirə edilməsini təklif edirik. Məzuniyyət vaxtının 140 günə çatdırılmasını təklif edirik. Buna görə müzakirələr aparılmalıdır. Büdcə yükü müəyyən olunmalıdır. İşləyən qadınların, bölgələrdə yaşayan xanımların sağlamlığı bu mövzuda çox vacibdir", - sədr yanvarın 18-də Əmək və sosial siyasət komitəsinin iclasında çıxışı zamanı bildirib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























