Əhalinin məşğulluğunun artırılması və tütün çəkmə ilə bağlı dinləmə keçiriləcək

Milli Məclisin yaz sessiyası dövründə əhalinin məşğulluğunun artırılması və tütün çəkmə ilə bağlı dinləmə keçiriləcək. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
"Tütün çəkmə ilə bağlı bir müddət əvvəl monitorinq aparmışıq. Dinləmə keçirməmişik. Mayda bu dinləməni həyata keçirmək lazımdır. Narkomaniyanın yayılması ciddi təhdidlər yaradır. Bizə siqnallar daxil olur ki, məktəblilər arasında tütün çəkmə halları genişlənir. Faktları ortaya qoyub aiddiyatı qurumlarla təkliflər üzərində çalışmalıyıq", - sədr yanvarın 18-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında bildirib.
Sədr vurğulayıb ki, yaz sessiyasında həm də əhalinin məşğulluğunun artırılması istiqamətində dinləmə keçirilməsi məqbuldur.
"Demoqrafiya prosesləri müsbətə doğru gedir. İş yerləri var. Sadəcə bunun düzgün koordinasiyası üçün addımlar atılmalıdır", - o vurğulayıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























