Hər gün dərs yükü ilə bağlı valideynlərdən şikayət alırıq - Rauf Əliyev

Məktəblərdə dərs yükünün çox olması məsələsi öz həllini tapa bilmir. Bunu deputat Rauf Əliyev deyib.
"Bizə hər gün valideynlər müraciət edir. Məktəblərdə bu böyük problemdir. Bu müraciətlərə baxan yoxdur. Hər gün şikayət gəlir. Bu məsələ həllini tapmalıdır. Təşəbbüslə çıxış edib hansısa bir qərar qəbul edək. Tapaq ki, bunun kökü hardadır. Təklif edirəm bir dinləmə və müşavirə keçirək",
Məktəblərdə
böyük problemdir. Valideynlər müraciət edir proqramların yüklənməsi bu məsələyə
baxan yoxdur. Hər gün şikayət edirik. Bu məsələ həllini tapmalıdır. Məsələ öz həllini
tapmır. Yəşəbbüslə çıxış edək. Müşavirə dinləmə keçirək. Tapaq bunun kökü hardadır.
Noyabrda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda dərs yükünün azaldılmasına ehtiyac yoxdur.
O bildirib ki, bəzi fənnlər üzrə məzmun dəyişilməsi nəzərdə tutulub.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























