Azərbaycanda sertifikatlar QR kodlarla veriləcək

Azərbaycanda sertifikatlar QR kodlarla veriləcək. Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.
Onun sözlərinə görə, artıq yanacaqdoldurma məntəqələrinə sertifikatlar bu qayda ilə verilir.
"QR kodu oxutmaqla sertifikatın nə vaxt və hansı qurum tərəfindən yoxlanılması haqda məlumat əldə etmək olacaq", - xidmət rəisi yanvarın 18-də 2023-cü ilin yekunlarına dair keçirdiyi hesabat konfransında çıxışı zamanı deyib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























