Azercell-in dəstəklədiyi məktəblilər İnformatika üzrə beynəlxalq bilik yarışmasında uğurla çıxış ediblər

Komandamız 20-ci Beynəlxalq Jautıkov olimpiadasında 4 medal qazanıb.
Azercell-in dəstəyi ilə beynəlxalq informatika olimpiadalarına və müsabiqələrə hazırlaşan və iştirak edən məktəblilərimiz növbəti dəfə uğurlu nəticələr əldə ediblər. 8-14 yanvar 2024-cü il tarixlərində Qazaxıstan Respublikasında təşkil edilən 20-ci Beynəlxalq Jautıkov olimpiadasında onlayn formada qoşulan şagirdlərimiz 2 gümüş və 2 bürünc medal olmaqla ümumilikdə 4 medal qazanıblar. Belə ki, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fuad Qarayev və Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli gümüş medala, Ankara məktəb-liseyinin 10-cu sinif şagirdi Əli Əliyev və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Raul Cəfərli isə bürünc medala layiq görülüblər. Qeyd edək ki, olimpiadada dünyanın 16 ölkəsindən 700 məktəbli iştirak edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























