FM yayımı olmayan “ölü” zonalar aşkarlandı

"Yuxarı Sus" (Laçın rayonu), "Balasoltanlı" (Qubadlı rayonu) RTYS-lərdə açıq (ödənişsiz) rəqəmsal yerüstü televiziya yayımı həyata keçirmək üçün radiovericilərin gücü hesablanıb və istifadəyə yararlı boş olan TV yayım kanalları ayrılıb. Bu barədə Audiovizual Şuranın illik hesabatında bildirilib.
"İl ərzində Bakı–Ağsu, Bakı–Lerik və Bakı–Quba avtomobil yolları üzərində FM yayımının monitorinqi həyata keçirilib, maneələr və boş olan zonalar ("ölü” zonalar) aşkar edilib, faydalı siqnalların və maneələrin yaratdığı sahə gərginlikləri ölçülüb. Bundan başqa, Bakı şəhəri və Abşeron yarımadası ərazisində cari monitorinq həm televiziya, həm də radio yayımı üçün aparılıb, "ölü” zonalar aşkar edilib, onların aradan qaldırılması üçün zəruri addımlar "Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin mütəxəssisləri ilə müzakirə olunub",- məlumatda deyilir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib