• $
  • €
  • ₽
  • ₺
  • £

14 yaşlı daun sindromlu uşağa niyə əlilik təyin olunmayıb? - Rəsmi açıqlama

14 yaşlı daun sindromlu uşağa niyə əlilik təyin olunmayıb? - Rəsmi açıqlama
19.01.2024 13:02
Ucarda 14 yaşlı daun sindromlu uşaq əlilik ala bilmir. Bu barədə onun anası Bayramova Zümrüd deyib.
 
"Qızımın 14 yaşı var. Danışa bilmir, özünü normal idarə edə bilmir. Daun sindromu ona 1 yaşında qoyulub. O dövrdən bu yana müxtəlif xəstəxanalarda olmuşam. Yalnız müalicə yazıb geri göndəriblər. Sonuncu müayinə üçün 2020-ci il Nərimanovda Psixoloji Sağlamlıq Mərkəzində olub. Əlilik üçün sənədlər hazırlansa da uşağıma imtina cavabı gəlib ki, müalicə davam edilsin", - anası bildirib. 
 
Məsələ ilə bağlı  Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, Ucar sakini 14 yaşlı Ayla Bayram qızına əliliyin təyin olunması üçün ən qısa zamanda dəstək göstəriləcək. 

"Ucar rayon sakini Bayramova Ayla Bayram qızının əlilliyinin qiymətləndirilməsi ilə bağlı son 4 il ərzində heç bir müraciəti olmayıb, həmçinin tibb müəssisəsi tərəfindən də bu müddət ərzində forma-88 göndərişi rəsmiləşdirilməyib. Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur. Bayramova Aylanın valideyni ilə əlaqə saxlanılıb, ona əlilliyin qiymətləndirilməsi prossesi izah edilib. Bildirilib ki, əlilliyin qiymətləndirilməsi məqsədilə ilk növbədə qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yeni forma-88 sənədi rəsmiləşdirildikdən sonra  onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndirilir. Bütün bunlara baxmayaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məsələnin tez həll olunması üçün artıq aidiyyatı qurumlarla danışılıb və qısa müddətərzində vətəndaşa müvafiq dəstək göstəriləcək", - açıqlamada deyilir. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol