Bu ölkələr Rusiya ilə "müdafiə xətti" yaradır

Estoniya, Latviya və Litva şərq sərhədləri boyunca "müdafiə xətti” yaradır. Bu barədə Baltikyanı ölkələrin müdafiə nazirləri Riqada keçirilən görüşdə razılığa gəliblər.
Razılaşmada nəzərdə tutulur ki, yaxın illərdə Estoniya, Latviya və Litva öz sərhədlərində müxtəlif müdafiə strukturları inşa edəcəklər, onların məqsədi "hərbi təhlükələrdən çəkindirmək və lazım gələrsə, müdafiə etmək” olacaq.
"Rusiyanın Ukraynadakı müharibəsi göstərdi ki, Estoniyanı qorumaq üçün sərhəddə texnika, sursat və canlı qüvvə ilə yanaşı, müdafiə strukturlarına da ehtiyac var", - Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib və əlavə edib ki, müdafiə strukturlarının məqsədi hərbçilərin qarşısını almaq olacaq.
Postimess-in məlumatına görə, Estoniya şərq sərhədi boyunca təxminən 600 beton bunkerdən ibarət müdafiə xətti inşa edəcək. Güman edilir ki, bunkerlər hərbçiləri düşmən atəşindən və mərmi parçalarından qoruyacaq. Hər biri 10 nəfər üçün nəzərdə tutulub. Bunkerin ölçüsü 30-35 kvadratmetr olacaq.
www.anews.az

"Rusiya Estoniyanın təhlükəsizliyi üçün ən böyük təhdiddir və belə qalacaq. Ukraynadakı müharibə Rusiyanın hücum gücünü azaltdı, lakin müxtəlif hesablamalara görə, o, iki-üç il ərzində onu bərpa etməyə hazırdır. Biz Rusiyanın hücumuna hazır olmalıyıq”, - Estoniya Müdafiə Nazirliyinin vitse-kanslerinin müşaviri Kaido Tiitus bildirib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib