Avropada qazın qiymətinin azalmasının səbəbləri açıqlanıb

2023-cü ildə Avropada qazın qiyməti 2022-ci illə müqayisədə 60% azalıb. Bu barədə "Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Avropada qazın qiyməti əvvəlki illə müqayisədə rekord qaz ehtiyatları, bərpa olunan enerji mənbələri hesabına ucuzlaşmaqda davam edib.
Bildirilir ki, 2023-cü ilin oktyabrında Fələstin – İsrail münaqişəsinin kəskinləşməsinə və onun Qırmızı dəniz üzərindən beynəlxalq tədarüklərdə yaratdığı problemlərə baxmayaraq, Avropada mayeləşdirilmiş təbii qazın qiymətləri ucuzlaşıb.
Agentlik azalmanın dayanması və Avropa ölkələrinin, eləcə də Yaponiya, ABŞ və Çinin yenidən böhranla üzləşməsi riskinin artacağını vurğulayıb.
Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 514 ABŞ dolları səviyyəsinə çatıb.
2023-cü ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.
2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























