2023-cü ildə reabilitasiya xidməti göstərilən şəxslərin sayı açıqlanıb

Son beş ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ölkə üzrə fəaliyyət göstərən 15 reabilitasiya müəssisəsi vasitəsi ilə 87,7 min şəxsə reabilitasiya xidməti göstərilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bildirilib.
Bildirilir ki, agentlik tərəfindən 10,5 min şəxsə 91,4 min reabilitasiya vasitəsi verilib.
Agentlik tərəfindən ötən il 50,7 min şəxsə əlillik təyinatı aparılıb.
Son beş ildə nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























