Jurnalist Hafiz Babalı onu nüfuzdan salan KİV-ləri məhkəməyə verəcək

Araşdırmaçı jurnalist Hafiz Babalı onu nüfuzdan salan məlumatları dərc edən mətbuat orqanlarını məhkəməyə verəcək. Bu barədə Turana gentliyi məlumat verib.
Agentlik yazır ki, jurnalist onun haqqında qafqazainfo.az, ikisahil.az, ATV kanalı və digər KİV-lərdə yayılan məlumatlara təkib bəyanatı yaysa da həmin KİV-lər həmin məlumatı yaymayıb. Buna görə də Babalı bu KİV-lərə qarşı təzminat ödənilməsini tələb edəcək.
"Həmin medialar Babalının "qrant layihələri çərçivəsində xarici fondlarla əlaqə qurduğunu, onların göstərişi ilə araşdırmalar apardığını, yazılar hazırladığını” iddia edirdilər. Eyni zamanda bir neçə Amerika və Avropa təşkilatının adı çəkildi. Babalı bildirib ki, onun bu xarici strukturlarla birbaşa və ya dolayı əlaqəsi yoxdur. O, beynəlxalq və yerli təşkilatlardan və ya ayrı-ayrı şəxslərdən göstəriş almayıb və "xüsusi” araşdırmalar aparmayıb. Heç bir jurnalist araşdırmasına əsaslanaraq ona qarşı heç bir iddia qaldırılmayıb, heç kim ondan araşdırmalarından geri çəkilməsini tələb etməyib", - agentliyin məlumatında qeyd olunub.
Jurnalist Hafiz Babalı dekabrın 14-də Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs edilib. O "Abzas media” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib, ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci ( qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























