COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri məlum olub

COP 29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri vəzifəsinə Nərmin Carçalova təyin edilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "X” hesabında məlumat verilib.
2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28-də Azərbaycan pavilyonunun layihə meneceri kimi fəaliyyət göstərib.
www.anews.az
Bakalavr dərəcəsi üzrə təhsilini Azərbaycan Dillər Universitetində alan Nərmin Carçalova 2013-cü ildə ADA Universitetinin diplomatiya və beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi üzrə təhsil alıb.
Bundan sonra o, Harvard Kennedy Məktəbinin İctimai Liderlik üzrə ixtisasartırma proqramına (Public Leadership Credential) yekun vurub.
2021-2022-ci illərdə London Universitet Kollecinin (UCL) Dövlət İdarəetməsi üzrə magistr proqramını "Kənd təsərrüfatına dəstəyin timsalında meşələrin qırılmasına səbəb amillər” mövzusunda dissertasiya işi ilə bitirib.
2013-cü ildən Heydər Əliyev Mərkəzində beynəlxalq əlaqələr şöbəsində, Heydər Əliyev Fondunda ətraf mühitin mühafizəsi və iqlim fəqliyyəti üzrə layihələrin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında müxtəlif vəzifələrdə işləyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























