Oktay Şirəliyevin xərçəng xəstəliyinə yoluxduğu deyilir

Sabiq səhiyyə naziri Oqtay Şirəliyevin xərçəng xəstəliyinə yoluxduğu deyilir. Bu barədə Bakupost saytı məlumat yayıb.
"Oktay Şirəliyev xərçəng xəstəliyindən əziyyət çəkir. Bununla bağlı dəfələrlə Almaniyada və Türkiyədə müalicə alsa da, beynində olan şiş metastaz verib. Xəstəliyin sürətlə inkişaf etməsi sabiq nazirin həkimlərin tövsiyələrinə əməl etməməsi, bu problemə ciddi yanaşmaması ilə əlaqələndirilir"- sayt yazıb.
Budan əvvəl Oktay Şirəliyevin xəstə olması ilə bağlı ilk məlumatı Manset.az saytı yazıb.
Oqtay Şirəliyev Prezident İlham Əliyevin sərəncamı ilə 23 aprel 2021-ci ildə Azərbaycan Respublikasının Səhiyyə naziri vəzifəsindən azad edilib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























