• $
  • €
  • ₽
  • ₺
  • £

ASAP tərəfindən xarici ölkələrdə 20 Yanvar faciəsi ilə əlaqədar silsilə tədbirlər keçirilib

ASAP tərəfindən xarici ölkələrdə 20 Yanvar faciəsi ilə əlaqədar silsilə tədbirlər keçirilib
22.01.2024 15:28
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə Kanada, Türkiyə, Gürcüstan, Macarıstan və Avstriyada 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş silsilə anım günü tədbirləri keçirilib.

Kanadada təhsil alan azərbaycanlı tələbə və məzunların iştirakı ilə Toronto universitetində 20 yanvar faciəsi haqqında konfrans keçirilib. Azərbaycan Mədəniyyət evi ilə birgə təşkilatçılıqda baş tutan konfrans çərçivəsində iştirakçılara məlumatlandırıcı videoçarx nümayiş etdirilib, gənclərin çıxışları dinlənilib, həmçinin universitet tələbələri üçün foto-sərgi zonası qurulub.

Türkiyənin Yalova şəhərinin mərkəzi meydanında da ASAP nümayəndələri tərəfindən 20 Yanvar faciəsinin fotolarından ibarət məlumatlandırıcı foto-sərgi nümayiş olunub. İnformativ sərgidə iştirak edən gənclərə və yerli sakinlərə 20 Yanvar faciəsi haqqında məlumat verilib, faciədə həlak olanların ruhlarına ehtiram əlaməti olaraq şamlar yandırılıb.

ASAP Gürcüstan nümayəndəliyi tərəfindən isə azərbaycanlı gənclərin iştirakı ilə 20 Yanvar faciəsi ilə əlaqədar anım mərasimi təşkil olunub. Görüşdə 20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsi yad edilib və faciənin tarixi faktları iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunları tərəfindən həm quru, həm də dəniz yolu ilə Bakı şəhərinə həmlə edilərək 150 dinc sakin öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz şəkildə həbs olunub. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar və qocalar da var idi. SSRİ rəhbəri Mixail Qorbaçovun göstərişi ilə Sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi dəhşətli terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb.

Anım günü tədbirləri çərçivəsində Macarıstanın Budapeşt şəhərində və Avstriyanın Vyana şəhərində ASAP nümayəndəliklərinin iştirakçılığı ilə azərbaycanlı gənclərlə birlikdə ölkəmizin Macarıstan və Avstriyada olan səfirliklərində 20 Yanvar şəhidlərinin ruhu yad edilərək gül dəstələri qoyulub.

Tədbirlər zamanı 20 Yanvar faciəsinin tarixinə nəzər salınıb və diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyev həmin günlərdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilən bu cinayətə etirazını bildirmiş, təqsirkarların cəzalandırılmasını tələb etmişdir. Sonradan xalqın təşəbbüsü ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə Şəhidlər Xiyabanında "Əbədi məşəl” abidə-kompleksi ucaldılmışdır. Həmçinin, Ümummilli Lider Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara "20 Yanvar şəhidi” fəxri adı verilmişdir. Bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən 20 Yanvar şəhidləri ailələrinin və yaralılarının qayğıları daim diqqət mərkəzində saxlanılır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol