• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncədə 11-ci sinif şagirdi bıçaqlanaraq öldürülüb - Yenilənib

Gəncədə 11-ci sinif şagirdi bıçaqlanaraq öldürülüb - Yenilənib
23.01.2024 14:44
Bu gün Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin öldürülən XI sinif şagirdi Raul Rəhimov təhsilini 10-cu sinifdən dayandırıb. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Azər İbrahimov Qafqazinfoya bildirib.

O bildirib ki, qətl törətməkdə şübhəli bilinərək saxlanılan 2007-ci il təvəllüdlü F. Şabanov hadisədən əvvəl məktəbə daxil olmağa çalışıb.
 
"Məktəbin məsul şəxsləri onun məktəb binasına daxil olmasına icazə verməyiblər. O, məktəbdən çıxarılarkən əsəbi halda şagirdlərlə mübahisə edib. Həmin vaxt dərsə gələn şagird  Bəxtiyar oğlu ilə də arasında münaqişə yaranıb. Mübahisə zamanı kənar şəxs Raul Rəhimova bıçaq xəsarəti yetirib. O, valideynin ərizəsi əsasında orta məktəbdəki təhsilini dayandırıb və ondan sonra heç bir məktəbdə təhsilinə davam etməyib”,- o əlavə edib.
 
 ****** 
 
Yanvarın 23-də Gəncə M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin qarşısında məktəblini bıçaqlayan şəxs eyni məktəbin 11-ci sinif şagirdidir. Bu barədə bıçaqlanan məktəblinin qardaşı Ramal Rəhimov AzVision.az-a açıqlamasında deyib. 

 
"Raulla hadisədən 10 dəq əvvəl telefonla danışmışdım. Dedi ki, "qardaş yoldayam, məktəbə gedirəm. Narahat qalma". 10 dəqiqədən sonra mənə zəng edib dedilər ki, qardaşın bıçaqlanıb. Raul məktəbdə dava salan, pis davranan şagird olmayıb. Sadəcə tündxasiyyətli idi. Olduğu ortamda münasibət qurana qədər danışmazdı. Onu bıçaqlayan Fərid də eyni məktəbin 11-ci sinif şagirdidir, paralel siniflərdə oxuyurlar. Onlar arasında problemlər əvvəldən olub, lakin bu dərəcədə deyildi. Raulla Fərid başqa dünyaların insanları idi, bir-birlərinə danışıqları, davranışları, hərəkətləri xoş gəlmirdi. Aralarında olan münasibət bura qədər gəlməmişdi. Keçən il oturub hətta söhbət edirdilər, gülürdülər, ortam mülayimləşmişdi. Amma bu tədris ilindən münasibət yenidən gərginləşib", - qardaşı əlavə edib.
 
Onun sözlərinə görə hər iki şagirdlə bağlı məktəb rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilib.
 
"Hər şey onların yaxşılığı üçün edilirdi, onlar nəzarətdə saxlanılırdı. Hətta ailələr də görüşüb, uşaqlar qarşılaşıb və onlara ciddi xəbərdarlıq olunub. Raulun universitelə bağlı xəyalları olmasa da, işləmək, səyahət etmək arzuları var idi. Onun arzuları yarımçıq qaldı", - Rəhimov deyib
 
 

11:14

Yanvarın 23-də Gəncə M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin qarşısında məktəblini öldürən şəxs saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımovun məlumat verib.
 
Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2007-ci il təvəllüdlü R. Rəhimovun kəsici-deşici alətlə xəsarət alması və həmin xəsarətdən ölməsi barədə məlumat daxil olub.

Onun sözlərinə görə, məlumat ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F.Şabanov saxlanılaraq istintaqa təqdim edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

10:21

Baş Prokurorluq yanvarın 23-də Gəncə M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin qarşısında məktəblinin öldürülüməsi xəbərini təsdiq edib. Bu barədə qurumun açıqlamasında bildirilib 
 
"Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri hərəkətlər yerinə yetirilir. Fakta görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində prokurorluq və polis əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri aparılır", - açıqlamada deyilir. 


   
09:53

Gəncədə 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb. Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib. 

"Şagird dərhal xəstəxanaya çatdırılsa da, vəfat edib. Hazırda hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır", - açıqlamada deyilir. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol