• $
  • €
  • ₽
  • ₺
  • £

Qubad İbadoğlunun məhkəməsi təxirə salınıb

Qubad İbadoğlunun məhkəməsi təxirə salınıb
23.01.2024 11:30
Nərimanov Rayon Məhkəməsində iqtisadçı-alim Qubad İbadoğlunun vəkillərlə telefon danışığına qoyulmuş qanunsuz məhdudiyyətin aradan qaldırılması üçün vəkillərin şikayəti ilə bağlı keçirilən məhkəmə təxirə salınıb. Bu barədə onun vəkili  Zibeydə Sadıqova jurnalistlərə açıqlamasında deyib.
 
"Bizim şikayətimiz ondan ibarət idi ki, Qubad müəllim Bakı İstintaq təcridxanasında saxlanılır və ona vəkillərinə zəng etməyə şərait yaradılmır. Ona görə də, Penitensiar xidmət və Bakı İstintaq təcridxanasının hərəkətlərindən şikayət vermişdik. Bu eyni məzmunlu artıq ikinci şikayətimizdir. Hər dəfə hətta Qubad müəllim də rəhbərliyə rəsmi müraciət edib, amma ona vəkilinə zəng etməyə şərait yaradılmayıb. Məsələn, 7 gün qeyri- iş günü idi. O neçə dəfə istəyib ki, vəkillərinə zəng etsin şərait yaradılmayıb. Bu gün də məhkəmə keçirilmədi. Bizim şikayət etdiyimiz orqanların nümayəndələri gəlməmişdi, ona görə də onların iştirakının təmin olunması üçün proses növbəti həftənin 2-ci gününə təxirə salındı. Qubad müəllim özü də məhkəmədə iştirak edib. O özü israr edirdi ki, həmin orqanın nümayəndələri məhkəmədə iştirak etsin və biz məsələni başa düşək ki, nə üçün vəkilə zəng etməyə şərait yaradılmır. Qubad müəllimin səhhətində olan problemlər həmişə qalır. Ağrıyır, şəkəri, təzyiqi var. O qapalı şəraitdə saxlanılır. Onun ancaq təzyiqini yoxlayırlar", - vəkil açıqlamasında qeyd edib.
 
2024-cü il yanvarın 10-da Bakı  Apellyasiya Məhkəməsi iqtisadçı-alim Qubad İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətini təmin etməyib. 

Ötən il Avqustun 25-də hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğluna qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb. 
 
İbadoğlu iyunun 23-ü Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. 
 
Britaniyanın Azərbaycandakı Səfirliyi Azərbaycan hökumətini iyulun 23-də həbs olunan Azərbaycan Demokratik Partiyasının sədri Qubad İbadoğlunu dərmana və ədalətli hüquqi proses də daxil olmaqla insan hüquqlarına hörmət edilməsini təmin etməyə çağırıb. Bu çağırışa İngiltərə, Amerika, Almanya, Fransa da qoşulub. 
 
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) də siyasətçinin həbs olunmasından narahatlığını ifadə edib. 
 
Aygün Mirakif

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol