Özəl məktəblərdə xarici ölkələrə istiqamətlənən uşaqlar yetişdirilir - Hicran Hüseynova

Bir çox özəl məktəblər Azərbaycan maraqları üçün yox, gələcəkdə xarici ölkələrə istiqamətlənən uşaqlar yetişdirmək istiqamətində fəaliyyət göstərir. Bunu deputat Hicran Hüseynova bildirib.
"Biz uşaqları kimin üçün böyüdürük? Bu çox vacib məsələdir. Bir çox özəl məktəblərdə uşaqlar xaricə getmək naminə təhsilini davam etdirir. Amma Azərbaycan dilinə, tarixinə çox önəm verməliyik. Elə etməliyik ki, uşaqların ürəyi Azərbaycanla döyünsün”, - deputat yanvarın 23-də Milli Məclisin Ailə, Qadın və Uşaq komitəsinin iclasında çıxışı zamanı deyib.
Hazrda Azərbaycanda 30-a yaxın özəl məktəb var. Bunlardan hansını nəzərdə tutduğunu komitə rəhbəri aydınlatmayıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























