Ailə məişət problemləri ilə bağlı xəbərlərin yazılışı zamanı qadağalara ehtiyac var - TƏKLİF

Ailə-məişət məsələləri, habelə şəxsi toxunulmazlıqla bağlı bəzi mövzuların işıqlandırılması zamanı mətbuata müəyyən qadağalar qoyulmalıdır. Bunu deputat Könül Nurullayeva Anews.az-a açıqlamasında bildirib.
"Bir müddət öncə intihar xəbərləri də mətbuatda çox yer alırdı. Amma sonra bunu səhv olduğunu anlayaraq bu kimi məlumatların yayılmasına məhdudiyyətlər qoyuldu. Çünki əks təbliğat təbliğat yaradırdı. Eynilə ailə məişət məsələləri, şəxsi toxunulmazlıqla bağlı məsələlərin işıqlandırılması zamanı da müəyyən qadağaların tətbiqinin tərəfdarıyam. Bu kimi hadisələr barədə məlumatlar yazılarkən insanların sifəti göstərilməməli, adları açıqlanmamalıdır. Çünki yazılan xəbərlər, məlumatlar daha sonra həmin insanların həyatına mənfi təsir edə bilər. Əgər Ailə məişət zəminində hər hansı hadisə baş veribsə bununla yerli hakimiyyət orqanları, polis məşğul olur, media isə ad çəkmədən bu olaylar barədə məlumat verməlidiri”, - Nurullayeva bildirib.
Ailə-məişət məsələləri ilə bağlı mövzuların mediada işıqlandırılması zamanı müəyyət etik qaydalara riayət olunması məsələsi Milli Məcliisn Ailə , qadın və uşaq komitəsinin bu günkü toplantsında da müzakirə mövzusu olub.
Komitə sədri Hicran Hüseynova bildirib ki, ailə məişət zəmininda baş verən hadisələrlə bağlı materiallar yazarkən anonimliyə riayət edilməlidir.
"Kanalların çoxu özəldir. Amma bu cür halların olması yaxşı hal deyil. Biz İnsan Hüquqları komitəsi ilə birgə mətbuat işçiləri ilə bu istiqamətdə görüş keçirə bilərik”, - Hüseynova vurğulayıb.
Media eksperti, hüqüqşünas Ələsgər Məmmədlinin fikrincə, istənilən şəxsi qəsdən döymək, yaralamaq, işgəncə vermək kimi faktlar ictimai əhəmiyyət daşıdığı üçün şəxsi həyat sirri sayılmır.
"Qanunvericilikdə iki önəmli məqam var ki, bu jurnalistikada pozulur. Birincisi 18 yaşından aşağı şəxsin zərər gördü və zərər verdi deyib şəxsiyyətini açıqlamaq olmaz. Onun mətbuatda adını şəklini göstərmək olmaz. Zərərçəkən şəxsin yaşı 20-30 olarsa belə yenə də onun haqqında şəxsi məlumatın paylaşılması qadağandır. Hadisənin gizlədilməsi yox, şəxsi məlumatları mediada açıq şəkildə olmaması vacibdir. Bu cür hadiələr mətbuata çıxanda təbliğ olmur, əksinə qınaq olur. Sadəcə səbəb-nəticə bağı düzgün qurulmayıb. Hadisənin özünü gizlətmək və qorumaq bu anormallıqdır", - Məmmədli bildirib.
O, əlavə qadağaların qoyulmasını lüzumsuz görür . Çünki bu məsələlər "Şəxsi toxunulmazlıq haqqında qanun" və Konstitusiyanın 32-ci maddəsi ilə təsbit olunur.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























