Nazir tıxacların aradan qaldırılması istiqamətində tələb qoyub

Daxili İşlər naziri Vilayət Eyvazov dayanma və ya durmaların qarşısının alınması ilə bağlı tələb qoyub. Bu barədə nazir ötən ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında deyib.
"Paytaxtda nəqliyyat
sıxlığının mövcudluğuna və tıxacların yaranmasına da diqqət çəkən nazir aidiyyəti
qurumlarla birgə bu cür halların, o cümlədən nəqliyyat vasitələrinin və
piyadaların sərbəst, rahat, təhlükəsiz hərəkətinə maneə yaradan qanunsuz
parklanmaların, dayanma və ya durmaların qarşısının alınmasını tələb edib. Müasir
texnologiyaların tətbiqinin və idarəetmədə elektronlaşdırmanın genişləndirilməsinin
zəruriliyini, hüquqi və fiziki şəxslərə məxsus obyektlərin, mənzillərin mühafizə-siqnalizasiya
vasitələri ilə təmin edilməsinin, hər bir şəxsin hüquq və azadlığının, qanuni mənafeyinin
etibarlı müdafiəsinin, bütövlükdə polisin xalqa xidmət funksiyalarını daha
böyük peşəkarlıqla həyata keçirməsini vacibliyini nəzərə çatdırıb", - məlumatda deyilir.
Bundan əvvəl Azərbaycanda tıxac probleminin olması ilə bağlı problemlər gündəmə gəlib. Milli Məclisin deputatları da hökumətə tıxacların aradan qaldırılması istiqamətində hökumətə təkliflər veriblər. Bir neçə deputat isə ölkədə gəmi nəqliyyatının istifadə olunmasına ehtiyac olduğunu açıqlayıb.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























