• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan Azərbaycana mina xəritələrin hansı halda verə biləcəyini açıqlayıb

Ermənistan Azərbaycana mina xəritələrin hansı halda verə biləcəyini açıqlayıb
23.01.2024 16:50
Ermənistan beynəlxalq ictimaiyyətin iştirakı ilə mina xəritələrini Azərbaycana verə bilər. Bu barədə ölkənin xarici işlər naziri Ararat Mirzoyan bildirib. 
 
"İndi Ermənistan tərəfi yeni xəritələr yaratmağa çalışır. Sorğular vasitəsilə xəritələr hazırlanır və etimad mühiti olarsa, Ermənistan  onların Azərbaycana verilməsini müzakirə edə bilər. Amma bu dəfə bu beynəlxalq ictimaiyyətin iştirakı ilə mümkün ola bilər", - Mirzoyan yanvarın 23-də jurnalistlər üçün keçirdiyi mətbuat konfrasında deyib. 
 
2021-ci ildə İrəvan Dağlıq Qarabağdan erməni tərəfinin sərəncamında olan bütün minalanmış xəritələri alıb və Bakıya verib.
 
Milli Məclisdə "Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmədə deputat Vüqar Bayramov bildirib ki, Qarabağ ərazisinin minalardan təmizlənməməsi Azərbaycan iqtisadiyyatı üçün 10 milyard itki deməkdir. 
 
Həmçinin millət vəkili Tahir Mirkişili vurğulayıb ki, beynəxalq təşkilatlar minaların təmizlənməsində yardım etməsə, Azərbaycan bu prosesə 1,5 milyard pul xərcləməli olacaq. 
 
Deputat Hicran Hüseynova minaya düşən şəxslərlə bağlı beynəxalq məhkəmələrə müraciət etməyi təklif edib. 
 
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı deyib ki, Azərbaycan minaların təmizlənməsi üçün çəkilən xərclərin  90%-i öz hesabına icra edir.
 
Noyabrın 4-də  BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreva söyləyib ki, Azərbaycan minadan əziyyət çəkən ölkələr siyahısına daxildir. 
 
Hazırda Azərbaycan minalardan əziyyət çəkən ilk 10 ölkə siyahısında yer alır. 
 
2023-cü il martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatı zamanı çıxış edərkən  bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub.
 
Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Gülnar Nazimqızı 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol