Vətəndaşlardan götürülən silahların sayı açıqlanıb

Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd tapança, 7 ədəd müxtəlif markalı tüfəng və 195 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd tapança, 4 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd patron darağı və 21 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
2023-cü ildə qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 494 fakt müəyyən edilib, həmin cinayətlərə görə 262 nəfər tutulub.
Ümumilikdə ötən il 12.648 odlu silah və 2,5 milyona yaxın sursat aşkarlanıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























