• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda ötən il jurnalistlərə qarşı 36 məhkəmə işi olub - “Joqovurd” nəşri

Ermənistanda ötən il jurnalistlərə qarşı 36 məhkəmə işi olub - “Joqovurd” nəşri
24.01.2024 11:34
2023-cü il Ermənistanda media və jurnalistlərə qarşı 36 məhkəmə işi olub ki, bu da 2022-ci illə müqayisədə 4 məhkəmə işi çoxdur. Bu barədə  "Joqovurd” nəşri yazıb. 
 
Nəşr yazır ki, Ermənistanda son 5 ildə jurnalistlərə və onların fəaliyyətinə təziqlər nəticəsində söz azadlığının həddi aşağı düşüb. 
 
"Son bir neçə ildə ER Mülki Məcəlləsinin təhqir və böhtana istinad edən 1087.1-ci maddəsi jurnalistlərə qarşı məhkəmə iddialarının qaldırılması üçün davamlı fəaliyyətlə istifadə olunur. Ötən il məhkəmə iddialarının 34-ü məhz bu maddəyə, digər ikisi isə iqtisadi və ya digər mübahisələrə əsaslanır. 2019-cu ildə kütləvi informasiya vasitələri və jurnalistlərlə bağlı məhkəmələrə 94, 2020-ci ildə isə 82 iddia daxil olub. Söz Azadlığını Müdafiə Komitəsinin 2013-cü və 2014-cü illərdə apardığı əvvəlki analoji araşdırmalarla müqayisəsi göstərir ki, təhqir və böhtanla bağlı işlərin sayı təxminən 3 dəfə artıb", - nəşrdə qeyd olunub. 
 
2023-cü il Azərbaycan da bir neçə jurnalist həbs edilib. 

Belə ki, noyabrın 20-i "Abzas Media"nın direktoru Ülvi Həsənli saxlanılıb və onun ofisində axtarış aparılıb. Axtarış nəticəsində ofisdən 40 min avro pul aşkarlanan Ülvi Həsənli Cinayət Məcəlləsinin 206.3.2 maddəsi ilə (qabaqcadan əlbir olan bir qrup şəxslə ölkəyə xarici valyutada qaçaq yolu ilə pul keçirtmə) ilə ittiham olunaraq noyabrın 21-də barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra, noyabrın 21-i "Abzas Media” saytının baş redaktoru Sevinc Abbasova da (Vaqifqızı)  eyni maddə ilə ittiham irəli sürülüb və 3 ay 29 gün müddətinə həbs olunub.
 
Onların ardınca noyabrın 24-ü "Abzas Media”-nın direktor müavini, ictimai fəal Məhəmməd Kekalov saxlanılaraq eyni maddə ilə ittiham olunub və barəsində  3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib. 
 
Eyni zamanda  "Abzas Media"nın əməkdaşı Nərgiz Abssalamova( 3 ay müddətinə) və Elnarə Qasımova(2 ay 17 gün müddətinə)  həmin maddə ilə ittiham olunuraq həbs olunurb. 


Dekabrın 13-də Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru, jurnalist Hafiz Babalı da "Abzas Media”-nın işi ilə əlaqədar olaraq 3 aylıq həbs edilib.
 
"Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov noyabrın 28-i Cinayət Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə cinayət işi açılıb və 3 aylıq həbs edilib. Ona dekabrın 19-u inayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.
Onun ardınca  "Kanal 13” internet televiziyasının aparıcısı, Azərbaycan Demokratiya və Rifah (ADR) partiyasının İdarə Heyətinin üzvü Rüfət Muradlı İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə ittiham olunaraq 30 sutka müddətinə həbs edilib.
 
Gülnar Nazimqızı  



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol