Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilən evlərin sayı açıqlanıb

2023-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 1500, postmüharibə dövründə 6000 mənzil və fərdi ev verilib. Bunu Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib.
O bildirib ki, ümumilikdə ötən dövrdə 14800 şəxsə fərdi ev və mənzil verilib.
"2023-cü ildə 150, ümumən ötən dövrdə 7600-dən artıq avtomobilin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib",- sədr Vüqar Behbudov yanvarın 25-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində keçirilən mətbuat konfransında deyib .
Aytac Zeynalova
www.anews.azOxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























