Ötən il övladlığa verilən uşaqların sayı 141 nəfər olub

2023-cü ilde 141 nəfər övladlığa verilib. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin idarə Heyətinin sədri Vüqar Behbudov bildirib.
Onun sözlərinə görə, 2019-cu il noyabrın 1-dən etibarən ümumilikdə 504 uşaq övladlığa verilib.
www.anews.az
Onun sözlərinə görə, 2019-cu il noyabrın 1-dən etibarən ümumilikdə 504 uşaq övladlığa verilib.
'Paralel olaraq "Himayədar ailə” qayğı modeli çərçivəsində 5 uşaq himayədar ailələrə verilib. Sosial layihələr çərçivəsində 2023-cü il ərzində 21 şəhər və rayonda yaradılan günərzi qayğı mərkəzlərində 630 nəfər uşağa sosial xidmət göstərilib",-sədr Vüqar Behbudov yanvarın 25-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində keçirilən mətbuat konfransında deyib.
2022-ci il 15 fevralda Prezident İlham Əliyevin fərmanına əsasən himayədar ailə sahəsində dövlət siyasəti, tənzimləmə və dövlət nəzarəti sahəsində səlahiyyətlərin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























