Sosial Xidmətlər Agentliyi 60356 vətəndaş qəbul edib

2023-cü ildə Sosial Xidmətlər Agentliyinə 60356 vətəndaş qəbul edilib. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin idarə Heyətinin sədri Vüqar Behbudov yanvarib 25-,də ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2023-cü il ərzində regionlarda, ümumilikdə 19 rayon üzrə keçirilmiş vətəndaş qəbullarında ümumilikdə 250-ə yaxın vətəndaş qəbul edilib.
Sədr vurğulayıb ki, ümumilikdə isə bu il Agentliyin rəhbər şəxsləri 173 qəbul keçirib. Bu qəbullarda 1154 vətəndaşın müraciətləri dinlənilib.
Ümumilikdə Sosial Xidmətlər Agentliyi 2023-cü il ərzində respublika üzrə həssas əhali qruplarından olan 31393 şəxsə səyyar, stasionar və yarımstasionar sosial xidmətlər göstərib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























