• $
  • €
  • ₽
  • ₺
  • £

Təhlükəli yüklərin daşınmasına buraxılması haqqında verilən şəhadətnamələrin sayı açıqlanıb

Təhlükəli yüklərin daşınmasına buraxılması haqqında verilən şəhadətnamələrin sayı açıqlanıb
25.01.2024 12:02
2023-cü ildə FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən nəqliyyat vasitələrinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında 1955 Şəhadətnamə verilib ki, bu da əvvəlki illə müqayisədə 1,1 dəfə çoxdur. Bunu Agentliyin rəisi Vüsal Ağayev deyib.

"Ötən il 1938 təhlükəli yükləri daşıyan avtonəqliyyat vasitələrində texniki müayinə keçilib. Eyni zamanda təhlükəli yüklərin daşınmasında istifadə olunan 1162 avtoçənlərdə yuma deqazasiya işləri , 1762 texnoloji və digər mexaniki nəqliyyat vasitələrində texniki baxış keçirilib ",- Ağayev yanvarın 25-i 2023-cü ilin yekunlarına dair brifinqdə jurnalistlərə açıqlamasında qeyd edib. 
 
Onun sözlərinə görə, Agentlik tərəfindən 2023-cü ildə 3112 təhlükə potensiallı obyektdə (müəssisədə) dövlət nəzarəti həyata keçirilib, təhlükə potensiallı obyektlərdə istismar olunan 9000-ə yaxın qurğu və avadanlıqlara texniki təhlükəsizlik sertifikatı verilib, 1338 hüquqi və fiziki şəxs tərəfindən istismar olunan təhlükə potensiallı qurğu və avadanlıqlar dövlət reyestrində ilkin və təkrar qeydiyyatdan keçirilib. 

"Texniki təhlükəsizlik qaydaları üzrə biliklərin yoxlanılması sahəsində 3948 nəfər fəhlənin, 2416 nəfər mühəndis-texniki işçinin bilik səviyyəsinin yoxlanılması təmin edilib" , - o əlavə edib.
 
2020-ci ildə Agentlik tərəfindən nəqliyyat vasitələrinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında 969, 2021-ci ildə 3064, 2022-ci ildə isə 1748 Şəhadətnamə verilib.

Aygün

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol