• $
  • €
  • ₽
  • ₺
  • £

Valideyn müəllimi kobudluqda qınayır, məktəb isə bunu təkzib edir - ŞİKAYƏT - YENİLƏNİB

Valideyn müəllimi kobudluqda qınayır, məktəb isə bunu təkzib edir - ŞİKAYƏT - YENİLƏNİB
25.01.2024 21:43
(Materiala məktəbin, valideynin, Bakı Şəhər Təhsil İdarəsinin açıqlamaları daxil edilib)
 
Bakı şəhər 317 nömrəli tam orta məktəbin 1B sinif şagirdlərinin müəllim tərəfindən psixoloji zorakılığa məruz qalması barədə  bloger Saleh Nəsirovun İnstagram hesabında video paylaşılıb. 
 
Paylaşıma görə, həmin video görüntülərin müəllifi müəllimin özüdür. O, 2023-cü ilin noyabrında səhvən WhatsApp qrupuna bu videonu qoyub və  sonra silib. Qrupda olan valideynlədən biri isə həmin videonu öz telefonuna yükləyərək blogerə təqdim edib.  
 
Adının açıqlanmasını istəməyən valideynin  Anews.az-a verdiyi məlumata görə, videonun müəllifi 18 ildir ki, müəllimlik fəaliyyəti ilə məşğul olan 317 saylı məktəbin müəlliməsi  Nargilə Nəsirovadır. 
 
Videoda müəllim uşaqlara qışqıraraq nalayiq ifadələr işlədib. 

"Valideynlər etiraz bildirsələr də müəllim hələ də ordadır. Hələ də körpələrə bu cür şiddət göstərməyə davam edir. Valideynin dediyinə görə, hətta fiziki şiddət də göstərir" , - paylaşımda bildirilib.
 
Videoda müəllim uşaqlara qışqırır və təhqiredici ifadələrdən istifadə edir. 

Məsələ ilə bağlı müəllimə ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmayıb. 
 
Bakı Şəhər Təhsil İdarəsi isə  hadisənin detalları barəsində araşdırıldıqdan sonra məlumat veriləcəyini bildirib. 


 
Araşdırmadan sonra Bakı Şəhər Təhsil İdarəsinin təqdim etdiyi açıqlamaya görə, 317 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Nargilə Nəsirovaya uşaqlara psixoloji təzyiq  etdiyi üçün töhmət verilib. 
 
"Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən şagird və valideynlərlə, həmçinin psixoloq tərəfindən şagirdlə söhbət aparılıb. Artıq son iki aydır şagirdlər müəllimləri ilə birlikdə dərslərdə iştirak edirlər, valideynlərdən hər hansı rəsmi şikayət daxil olmayıb", - açıqlamada deyilir. 
 
Həmin sinifin valideynləri anews.az-a açıqlamasında bildirir ki, töhmət alan müəllim yenə də uşaqlarla  eyni cür davranır.  
 
"O hadisədən sonra müəllim 1 aya yaxın uşaqlarla normal davranıb. 2 gün öncə övladım gəlib evdə bildirdi ki, sinifdə bir uşağın başından vurub, həmin uşağın burnundan qan açılıb. Müəllim həmin uşağın valideynindən üzr istəyib və ona təklif edib ki, heç yerə şikayət etməsin, əvəzində ona pulsuz hazırlıq keçməyi təklif edib. Oktyabrda müəllimin davranışına görə, 3 uşaq sinifi tərk edib", - valideyn vurğulayıb. 
 
Valideyn digər uşağın valideyninə istinadən qeyd edib ki, müəllim uşaqlara ayaqyoluna getməyə icazə vermədiyi üçün onlar tualet öhdəliyini elə sinifdə yerinə yetirirlər.  
 
"Şagird müəllimdən tualetə getməyə icazə alıb. Amma müəllim icazə verməyib. O da qorxusundan şalvarını bulaşdırıb. Neçə dəfə yemək qoymuşam. Uşaq yeməyi yemədən evə gətirib. Soruşuram ki, ay bala niyə yeməmisən? Deyir ki, ay ana, müəllimə qoymadı, dedi ki, mən nə vaxt deyərəm onda yeyərsiniz. Uşaqlar basqı altında daha betər vəziyyətlərə düşür. Yaxşı ki, mən övladımı o məktəbdən çıxartdım. Uşağım deyir ki, müəllim sinif yoldaşımın qulağından tutub yerə çırpıb. Mənim uşağımın da başına dəftərlə vurub. Uşağım bundan çox qorxub", - valideyn qeyd edib.  

Bakı Təhsil İdarəsi uşaqlara psixoloji təzyiq göstərən müəllimlə bağlı artıq rəsmi şikayət daxil olmadığı açıqlamasını versə də, yanvarın 25-i səhər saatlarında valideyn Elm və Təhsil Nazirliyinə rəsmi qaydada müraciət edib və Qaynar xətt ilə əlaqə saxlayıb. Lakin onun müraciətinə hələ cavab verilməyib. 
 
Bu gün axşam saatlarında  317 nömrəli  tam orta ümumtəhsil məktəbindən  redaksiyaya daxil olan açıqlamaya görə, məktəb uşaqlara müəllim tərəfindən sonradan təzyiq edilməsi xəbəri həqiqətə uyğun deyil. 

"Yanvarın 25-də  valideynlər məktəb rəhbərliyi tərəfindən məktəbə dəvət olunub. Məktəb direktoru və psixoloq valideynlərlə müvafiq söhbət aparıb. Valideynlərin heç biri müəllimin ilk hadisədən sonra uşaqlara təzyiq göstərməsi ilə bağlı narazılıq bildirməyib. Həmçinin Suraxanı rayonu üzrə Polis İdarəsinin Yeniyetmələrlə iş şöbəsində də valideynlərlə görüş keçirilib və onlardan yazılı məlumat alınıb.  Valideynlər müəllimdən heç bir narazılıqları olmadığını qeyd ediblər", - açıqlamada qeyd olunub.
 
Valideynlərin iddiası ilə bağlı müəllimin mövqeyini verməyə hazırıq. 


Aygün Mirakif
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol