• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın AŞPA-da səsvermək hüququnu itirməsi ilə nə dəyişəcək?- ŞƏRH

Azərbaycanın AŞPA-da səsvermək hüququnu itirməsi ilə  nə dəyişəcək?- ŞƏRH
29.01.2024 18:45
Avropa Şurası Parlament Assambleyası insan hüquqlarının pozulması, jurnalistlərin həbsi, təşkilatın müşahidə missiyasının qarşıda gələn prezident seçkilərini müşahidə etmək üçün dəvət olunmaması və keçən ilin payızıında AŞPA nümayəndələrini Laçın sərhəd keçid məntəqələrinə buraxılmamasını əsas gətirərək Azərbaycan nümayəndə heyətini bir il müddətinə səsvermək hüququndan məhrum etmək barədə qərar verib.
 
AŞPA-nın qış sessiyasının açılış günü Almaniya nümayəndə heyətindən deputat Frank Schwabe 4 əsas səbəb göstərib. 
 
O bildirib ki, Azərbaycanda "siyasi məhbuslar var", Qarabağdan "erməni sakinlər zorakılıqla çıxarılıb”,  2023-cü ildə AŞPA məruzəçilərinin Azərbaycana səfəri azı 3 dəfə baş tutmayıb, Azərbaycan fevralın 7-də keçiriləcək prezident seçkisini müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətini dəvət etməyib.

Onun bu təklifi Assambleyanın azı 30 üzvü tərəfindən dəstəklənib.
 
Əvəzində Azərbaycan nümayəndə heyətinin bəyanat verərəl bildiriblər ki, AŞPA bəzi üzv dövlətlərə hücum platforması kimi istifadə olundur və Azərbaycanın assambleyadakı nüfuzuna etiraz etmək təşəbbüsü Bakı tərəfindən respublikada mövcud seçki prosesinə müdaxilə cəhdi kimi qiymətləndirilir.
 
Milli məclisin deputatı Tural Gəncəliyev bildirir ki, Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyyətinin etimadnaməsinin təsdiq edilməməsi, AŞPA tərəfindən və bununla bağlı müxtəlif bəhanələr irəli sürülməsi, absurd ideyaların səsləndirməsi qəbuledilməzdir.
 
"Bu bəhanələrdən də biri ondan ibarət idi ki, Azərbaycan AŞPA tərəfini prezident seçkilərinə müşahidə aparmağa dəvət etməyib. Birincisi Azərbaycan  Respublikasının hər hansı qurumu və ya təşkilatı seçkilərə dəvət edib-etməmək öz hüququdur. İkincisi bizim nə beynəlxalq hüquqla, nə də hər hansı konvensiyalarla və ya beynəlxalq instrumentlərlə belə bir öhdəliyimiz yoxdur. Bundan əlavə, Azərbaycan indiyə qədər 30 il ərzində AŞPA, UNESCO və digər Avropa beynəlxalq təşkilatlarını Ermənistan torpaqlarımızı işğal etdiyi dövr ərzində dəfələrlə dəvət etmişdi. Amma onlar missiya göndərməkdən imtina edirdilər. Gəlib ermənistanın dağıtdığı torpaqlarımızı, orda vəziyyətin qiymətləndirilməsi və.s ilə bağlı hesabatlar hazırlamaqdan imtina edirdilər. Həm də biz beynəlxalq təşkilatları müxtəlif mövzularda dəvət etmişik amma onlardan obyektivlik görməmişik. Onlar öz ikiüzlü və riyakar siyasətlərini davam ediblər. Məsələn AŞPA-nın Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Mijatovic bir neçə ay bundan öncə gəlmişdi. Gəlib Azərbaycanda görüşlər keçirdi, Xocalı soyqırımının şahidləri ilə görüşdü, Qərbi Azərbaycan icması ilə görüşdü. Amma bir sözlə belə onu öz hesabatında qeyd etməyib. Bax bu ikiüzlü və riyakar davranışdan sonra biz necə AŞPA-nı və ya digər qurumları Azərbaycana dəvət eləyək? Ona görə də Azərbaycan öz suveren hüquqları özündə saxlayır. Beynəlxalq hüquqda belə bir məcburiyyət yoxdur. Biz hansısa təşkilatı və ya qurumu daim dəvət etmək öhdəliyi daşımırıq. Əgər AŞPA-nın obyektiv yanaşması olsaydı, Avropa Şurası İnsan Hüquqları komissarının son hesabatında biz bu yanaşmanı görərdik. 613 nəfər Xocalı soyqırımı qurbanları haqqında bir kəlimə danışmayan təşkilatdan onun nümayəndəsindən biz hansı obyektivliyi gözləyə bilərik? Biz əgər onları Azərbaycana dəvət etsək belə onlardan ədalət gözləməyə dəyməz",- deputat  əlavə edib.
 
 
Milli məclisin deputatı Fazil Mustafa hesab edir ki, AŞPA erməni maraqlarını müdafiə edən bir təşkilat kimi çıxış edir və onun davası Azərbaycanla yox ATƏT-i dəvəti Azərbaycanla bağlıdır.
 
"Onlar ATƏT-i dəvət etdiyimizə görə belə edirlər. Bu qədər absurd bir yanaşma olmaz. Avropa şurası Qarabağ məsələsində xüsusilə də ermənilərin dinc şəkildə bölgəni tərk etməsini etnik təmizləmə adı ilə auditoriyada çatdırmağa çalışdı. Laçın kalidoru ilə bağlı məsələdə də obyektiv yanaşmadılar. Bütövlükdə Azərbaycana qarşı münasibətdə mənfi qərəzli bir yanaşma var. Ona görə də Azərbaycan borclu deyil ki, hansısa beynəlxalq hüququ tanımayan, onun qaydalarıni pozan qurumu mütləq özünün seçkisinə dəvət etsin. Avropa prosesidirsə ATƏT seçkilərin monitorinqi ilə məşğul olur. Onu da dəvət etmişik. Hər hansı şəkildə ATƏT-in funksiyasını məhdudlaşdirmamışıq. İstənilən namizədlə görüşə bilərlər və seçkini də müşahidə edə bilərlər. Ona görə də bu kimi məsələlərə aludə olmaq lazım deyil.  Stefan Şennak ümumiyyətlə Azərbaycana münasibətdə tamamilə erməni vəkili kimi davranır. Sanki Ermənistan parlamentinin üzvüdür. Dəfələrlə insan haqqlarını bəhanə gətirib dilə gətirirlər. Diqqət yetirsək görərik ki, qəbul edilən qərarda birinci erməni məsələsidir. Bir milyon qaçqınla bağlı Ermənistani ittiham edəcək cümlə işlətməyiblər. Eyni zamanda Ermənistanın işğalı ilə bağlı bir dənə də olsun cümlə yoxdur. Necə Ola bilər ki onların 30 illik işğalını görməzdən gələ bilərsiniz. Azərbaycanin xüsusi bir əlahiddə ehtiyaci yoxdur ki, onun hüquqlarını pozan təşkilatı seçkisinə dəvət etsin . Biz qururlu bir xalqıq. Heç vaxtı bu cür qərəzli yanaşmanın qarşısında öz haqqımızı yedirtmərik. Onlar özləri bizim ora qayıdışımıza özləri maraqlı olacaqlar. Bizə yalvaracaqlar. Biz suveren dövlətik. Suverenliyimizə mane ola biləcək hər hansı bir addıma öz sözümüzü deyirik. BunlarATƏT- lə savaş içindədirlər  və bunu bəhanə gətirib, erməni xalqıni sevirlər bunu bəhane edib bizi aşağılamaq istəyirlərsə biz onları çoxdan aşağılayarıq",- deputat bildirib.

Siyasi şərhçi Azər Qasımlı bildirir ki, bu qərar qabaqdan gəlmişlik etməkdir.
 
"Belə bir qərar AŞPA tərəfindən müzakirəyə çıxarılacaqdı. Gördülər ki, belə bir qərar çıxacaq ona görə də qabaqlamağa çalışdılar. Buna məqsəd isə Azərbaycan daxili auditoriyasında göstərsinlər ki, AŞPA deyil Azərbaycan özü çıxır. Amma əslində bu belə deyil. Məsələ odur ki, AŞPA Azərbaycan nümayəndə heyətinin mandatını bir il ərzində özü dondurub.  Bu ona görə baş verdi ki, Azərbaycan da insan hüquqları və azadlıqları artıq neçə illərdir ki, pozulub. Bununla bağlı dəfələrlə qətnamələr verildi, dəfələrlə xəbərdarlıqlar edilib, amma  bu problem nəyin ki həllini tapdı, əksinə daha da irəli gedərək keçən ilin son aylarında neçə-neçə jurnalist və siyasi fəallar qeyri-qanuni həbs olundu. Yəni Azərbaycanda insan haqları məsələsində problemlər var. Əsas səbəb isə odur ki, Azərbaycan iqtidarı Rusiyanı cavablama siyasətindən əl çəkərək, artıq Rusiyanın müttəfiqinə çevrilib. Bu da təbii ki, qərb dünyasına, qərb ölkələrini o cümlədən Avropa birliyini, Avropa şurasıni narahat etməyə bilməzdi. Azərbaycan Avropa şurasının üzvüdürsə, deməli xarici siyasətini də ona uyğun aparmalıdır və yaxud Azərbaycanin milli təhlükəsizlik konsepsiyasıni nəzərə almalıdır. Amma Azərbaycan bunun tam əksini edir. Bu qərb dünyasınin ilk addımıdır. Bundan sonra Avropa birliyi, ABŞ-da müəyyən bir sanksiyalar edə bilər",- siyasi şərhçi əlavə edib. 


Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov, üzvləri isə  Nigar Arpadarai,  Rafael Hüseynov, Kamal Cəfərov, Könül Nurullayeva, Sevil Mikayılova əvəzedici millət vəkilləri isə Sevinc Fətəliyeva, Erkin Qədirli, Tural Gəncəliyev və Pərvin Kərimzadədir.
 

AŞPA Avropa Şurasına üzv olan 46 dövlətin milli parlamentləri tərəfindən göndərilmiş nümayəndə heyətlərindən ibarət olan Assambleyadır.
 
Assambleya ildə dörd dəfə Fransanın Strasburq şəhərində yerləşən Avropa  sarayında bir həftəlik plenar iclaslar keçirir. Assambleyanın doqquz daimi komitəsi var və onların hər biri öz səlahiyyətləri üzrə hesabatlar və qərar layihələri hazırlamaqla məşğul olur. 

Azərbaycan bu təşkilata 2001-ci ildə qoşulub və 6 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunur. Assambleyada ən çox yer sahibinə malik olan ölkələr isə Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və Türkiyədir ki, onların hər biri 18 nəfərlik nümayəndə heyəti ilə təmsil olunur. Bütün bunlarla yanaşı AŞPA üzv dövlətlərin icraedici orqanları üçün məcburi qanunlar qəbul etmək səlahiyyətinə malik deyil.
 
 
Aytac Zeynalova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol