Ötən il qeydə alınan cinayətlərin sayı açıqlanıb

2023-cü ildə Azərbaycanda 36811 cinayət qeydə alınıb, bu da 2022-ci illə müayisədə ağır cinayətlərin faiz göstəricisi ilə sabit, az ağır cinayətlərin faiz nisbətində isə azdır. Bunu Baş prokuror Kamran Əliyev bildirib.
"Ötən il ölkə ərazisində 36.811 cinayət qeydə alınmaqla onların 87,8 faizinin açılması təmin edilib, ümumilikdə ölkə üzrə cəmi 21104 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 1350-si prokurorluq orqanlarında isintaq edilib",- Kamran Əliyev yanvarın 26-da keçirilən görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclasında bildirib.
Kamran Əliyev vurğulayıb ki, prokurorluq orqanları tərəfindən 902, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 16146 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























