2023-cü il nə qədər azərbaycanlı mina qurbanı olub? - Açıqlama

2023-cü il əlli səkkiz nəfər mina qurbanı olub. Bunu Baş prokuror Kamran Əliyev bildirib.
O bildirib ki, qurbanların 19 nəfəri həyatını itirib,39 nəfəri isə müxtəlif bədən xəsarətləri alıb.
2020-ci ilin noyabrında Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasından sonra 342 Azərbaycan vətəndaşı minaların qurbanı olub. Onlardan da 65 nəfəri həlak olub,277 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.
Azərbaycanla Ermənistan arasında baş verən münaqişələrin 30 ilində isə ümumilikdə 4000 mindən çox şəxs mina qurbanı olub.
Bir gün əvvəl Ermənistan Təhlükəsizlik xidməti məlumat yayaraq bildirib ki, yaxın zamanda Azərbaycana 8 yeni mina xəritəsi veriləcək. Rəsmi Bakı isə ona cavab olaraq bildirib ki, Ermənistanın indiyə kimi verdiyi mina xəritəsi özünü doğrultmayıb.
Hazırda Azərbaycan minalardan əziyyət çəkən ilk 10 ölkə siyahısında yer alır.
2023-cü il martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatı zamanı çıxış edərkən bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub.
Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib