Təhlil Qrupu koalisiyası bölgələrdə təlim keçirib

Seçki Müşahidə və Təhlil Qrupu koalisiyası bölgələrdə təlimlərini davam etdirir. Növbəti təlimlər Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Ağdaş, Qəbələ, Şəki, Oğuz və Qaxda keçirilib. Sözügedən təlimlərdə 160-a yaxın müşahidəçi iştirak edib. Ənənəvi olaraq, təlimlər çərçivəsində müşahidəçilərin hüquq və vəzifələri, eləcə də davranışları diqqətə çatdırılıb. Sonda müşahidəçilərin məntəqələr üzrə bölgüsü həyata keçirilib, sualdoğuran məqamlara aydınlıq gətirilib, vəsiqələr təqdim edilib.
Koalisiyanın bölgələrdə təlimləri artıq sona çatmaq üzrədi. İndiyədək ümumilikdə təlimlərdə 300-ə yaxın müşahidəçi iştirak edib. Bölgələrin ardınca növbəti təlimlər paytaxt Bakı və Sumqayıtda keçiriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























