Vətəndaşlardan təhvil götürülən silahların sayı açıqlanıb

Ötən gün polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 1 ədəd tapança, 4 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd patron darağı və 220 ədəd müxtəlif çaplı patron təhvil götürülüb. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
2023-cu ilin 10 ayında 534 ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü olaraq təhvil verilib.
Ötən ilin noyabrında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev qanunsuz odlu silahların təhvil verilməsi ilə bağlı xalqa çağırış edib.
Vətəndaşlar əmin olsunlar ki, hər bir qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilə bilər.
Cəmiyyətdə böyük məmnuniyyətə səbəb olan bu tədbirlərə dəstək verən hər bir vətəndaşa təşəkkür edirik",-DİN-dən bildirilib.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib