• $
  • €
  • ₽
  • ₺
  • £

Qaradərili uşaqla şəkil çəkdirən 2 azərbaycanlı sərbəst buraxılıb - YENİLƏNİB

Qaradərili uşaqla şəkil çəkdirən 2 azərbaycanlı sərbəst buraxılıb - YENİLƏNİB
29.01.2024 14:53
(xəbərə qara şriftlə saxlanılan şəxs Emin Cəlilovun açıqlaması və ailə üzvünün fikirləri əlavə edilib. Xəbərdən yazılması etik olmayan ifadə çıxarılıb)
 
Birləşmiş Ərəb Əmirliklərinə  gəzməyə gedən iki Azərbaycan vətəndaşı orada qaradərili uşaqla icazəsiz şəkil çəkdirdiyi üçün həbs olunub. Bu barədə həbs olunan şəxlərin dostlarından biri anews.az-a  bildirib və Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə təsdiq edib.  
 
"Dostumuz  Emin Cəlilov  2 ay öncə üç dostu ilə birgə Dubaya gəzməyə gedib. Elə həmin gün də geri qayıtmalı idilər. Orada ticarət mərkəzlərinin birində qaradərili uşaqla anasından icazə almadan foto çəkdiriblər. Nəticədə uşağın anası şikayətçi olub. Buna görə  gəzməyə gedən 2 dostları həbs etmək qərarı verilib. Emin Cəlilovun anası yaşlıdır və övladından xəbər ala bilmir. Aiddıyatı qurumların dəstəyinə ehtiyacımız var", - o əlavə edib. 
 
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyindən bildirilib ki, bu məsələ Azərbaycanın Birləşmiş Ərəb Əmirliyindəki Baş konsulluğunun nəzarətindədir. Müvafiq dəstək göstərilir. Əlavə məlumat olacağı təqdirdə açıqlanacaq. 
 
Redaksiyamıza zəng vuraraq özünü Emin Cəlilovun xalası oğlu olduğunu bildirən Elbrus Qasımov isə bildirib ki, Cəlilov həbsdə deyil və tezliklə vətənə qayıdacaq. 
 
"Bu məlumat yanlışdır. Mən Elbrus Qasımovun xalası oğluyam. Bu yalan söhbətdir. Heç kim təhqir edilməyib. Şəkil çəkdiriblər. Araşdırma aparılıb. Adamlar azadlıqdadırlar. Gəzirlər və bu həftənin 4-5-ci günü  evə qayıdacaqlar", - Qasımov vurğulayıb. 
 
Saxlanılan şəxs Emin Cəlilov oxu.az-a bildirib ki, onları 3 gün nəzarətdə saxlayıblar. Daha sonra izahatları alındıqdan sonra telefonlarını almaq şərti ilə buraxıblar. Cəlilov vurğulayıb ki, onların ölkədən çıxışısına qadağa qoyulub, işləri məhkəməyə göndəriləcək. 
 
"Diasporla İş üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinə, Azərbaycan Xarici İşlər Nazirliyinə məlumat vermişik. Artıq 50 gündür, biz burada çıxılmaz vəziyyətdə qalmışıq. Bilmirik, vəziyyət hansı yerdədir, amma biz heç bir qeyri-etik hərəkət etməmişik. Gah deyirlər, iki ildən on ilə qədər cinayət işi açıla bilər, gah deyirlər, şikayət geri götürülüb. Aidiyyəti qurumlardan xahiş edirik ki, bizim məsələni ciddi nəzarətə götürsünlər. Ailələrimiz bizdən narahatdırlar, iş yerlərimizdə problem yaranır. Rica edirik ki, bu məsələnin aydınlaşdırılması və bizim Azərbaycana qayıtmağımız üçün zəruri addımlar atılsın”, - saxlanılan şəxs Emin Cəlilov  bildirib. 
 
Hüquqşünas Fariz Namazlı söyləyir ki, azərbaycanlıların həbs olunması Birləşmiş Ərəb Əmirliklərinin qanunları ilə tənzimlənir. 
 
"Bizim oradakı səfirliyimizin məsələyə qarışmaq kimi səlahiyyəti var. Azərbaycanlıların müdafiə olunması üçün tədbirlər həyata keçirilə bilər. Onların vəkillə təmin olunmasına dəstək göstərilə bilər", - Namazlı qeyd edib. 
 
Vəkil həmçinin vurğulayır ki, hər iki ölkə arasında "cinayət törətmiş şəxsin verilməsi haqqında" müqavilə varsa, o müqavilə əsasında  vətəndaşların Azərbaycana göndərilməsi təmin oluna bilər. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol