2023-cü il mehmanxanalarda gecələyənlərin sayı artıb

2023-cü il ölkə üzrə mehmanxanalarda gecələyənlərin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 29,3% artaraq 3422,3 min nəfərə çatıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Bölgələr üzrə ən az gecəmə Şuşanın payına düşüb.
"Gecələmələrin ümumi sayının 57,6% Bakıda, 5,5% Qubada, 4,7%Xaçmazda, 4,2% Naftalanda, 4,0% Qəbələdə, 3,9% Qusarda, 3,7% Şabranda, 3,2% Lənkəranda, 1,5%Naxçıvan Muxtar Respublikasında, 1,2% Qaxda, 1,0% Gəncədə, 0,9 % Masallıda, 0,9 % İsmayıllıda, 0,9 % Şamaxıda, 0,8 % Şəkidə, 0,6 % Şuşada, 0,5 % Mingəçevirdə və 4,9 % digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
Statistikada əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayında da ötən illə müqayisədə 33,7% artım müşahidə olunub.
Ən çox əcnəbi vətəndaş Rusiyanın payına düşüb (15,2%), ən az isə Niderlanddan olan vətəndaşlardır. (0,4%).
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























