Qızılca və Hepatit A virusu ilə bağlı müraciət sayı dəyişməyib- RƏSMİ

Hazırda Azərbaycanda qızılca və Hepatit A virusu üzrə epidemioloji vəziyyət stabildir.
Bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, müraciət sayında artım qeydə alınmır.
"Hazırda ölkə ərazisində qızılca və Hepatit A xəstəliyinə qarşı əks-epidemik tədbirlərin aparılması davam etdirilir. Qızılca xəstəliyinə qarşı həm planlı, həm də peyvənddən kənarda qalan uşaqlar arasında peyvənd işinə nəzarət gücləndirilib, böyük əhali arasında da peyvəndləmə işləri davam etdirilir”,- məlumatda bildirilib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























