• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan Azərbaycana hücum etməmək haqqında pakt imzalamağı təklif edib

Paşinyan Azərbaycana hücum etməmək haqqında pakt imzalamağı təklif edib
29.01.2024 17:47
Ermənistan Azərbaycana sülh müqaviləsinin imzalanmasın;n yubanacağı təqdirdə hücum etməmək barədə pakt imzalamağı təklif edib. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Ordu Gününə həsr olunmuş çıxışında bildirib.

"Biz Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizmini tətbiq etməyi təklif etmişik. Həmçinin, sülh müqaviləsinin imzalanmasının gözlənildiyindən daha uzun çəkəcəyi təqdirdə, hücum etməmək haqqında paktı imzalamaq təklif olunub”, - Paşinyan bildirib.

O, həmçinin qeyd edib ki, Ermənistan sülh gündəminə sadiqdir və bundan dönməyəcək.
 
Rəsmi Bakı isə dəfələrlə sülh müqaviləsinin ləngiməsində Ermənistanın günahkar olduğunu bildirib. Bu ilin yanvarında prezident İlham Əliyev yerli mediaya müsahibəsində Azərbaycanın dəfələrlə sülh müqaviləsi layihəsini qarşı tərəfə ünvanladığını, lakin Ermənistanın bununla bağlı ortaya siyasi iradə qoymadığını bildirib. 
 
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bu təklifin uğursuz olduğunu bildirib. 

"Azərbaycan tərəfi sülh müqaviləsi ilə bağlı Ermənistan üzərində təsir və təzyiq imkanlarını artırdı. Biz bunu verilən açıqlamalarda gördük. Tərəflərin arasında təkliflərin verilməsi və təkliflərin cavablandırılması mexanizmində də gördük. Ermənistan müharibədəki məğlubiyyətinin qarşılığını qaytarmaq və revanş almaq üçün hansısa imkanlar əldə etmək istəyir. Ermənistanın düşüncəsi budur və onlar bunu düşünərək Azərbaycana sülh müqaviləsi imzalanana qədər hücum etməmək barədə pakt təklif edir. Amma bu hücum etməməklə bağlı paktlar heç vaxt dünya çapında uğurlu olmayıb. Onların çalışdıqları budur. Azərbaycanın isə fərqli sülh gündəliyi var", - Əlibəyli bildirib. 
 
Deputat Arzu Nağıyevin fikrincə, bu Ermənistanın deyil, maraqlı dövlətlərin diqtəsi altında həyata keçirilən siyasətdir.
 

"Beynəlxalq platformalarda Ermənistan ciddi cəhdlə belə bir yalan fikirlər irəli sürür ki, güya Zəngəzur dəhlizi sülhlə açılmasa Azərbaycan birmənalı şəkildə onu güya hərbi yolla əldə edəcək. Bunu beynəlxalq səviyyədə qaldırmaqla onlar  Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü pozmaq, silahlı yolla yenidən Zəngəzur dəhlizini ələ keçirmək istədiyini qabardırlar. Bu absurd bir məsələdir.  Əgər doğurdan da Ermənistan bu gün sülhün bərqərar olmasını istəyirsə bu absurd təklifləri ortaya atmamalıdır. Əsas məqam ondan ibarətdir ki, Azərbaycan bunların hamısını yüksək şəkildə təhlil edir və başa düşür ki, bu Ermənistanın öz müstəqil xarici və daxili siyasəti deyil. Bu maraqlı dövlətlərin diqtəsi altında həyata keçirilən siyasətdir",- o bildirib.


Çiçək Sadatova
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol