• $
  • €
  • ₽
  • ₺
  • £

Peşə liseylərində yeni ştatlar yaradılacaq

Peşə liseylərində yeni ştatlar yaradılacaq
29.01.2024 20:27
Dövlət peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştat cədvəlinə dəyişiklik edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, işçilərinin sayı 50 nəfərdən çox olan peşə təhsili müəssisələrində 1 (bir) ştat vahidi əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi müəyyən edilir.

Peşə liseyləri və peşə təhsil mərkəzlərində təhsilalanların sayı 250 nəfərdən artıq olduqda 1 (bir) ştat vahidi ümumtəhsil fənləri üzrə tədris hissə müdiri vəzifəsi müəyyən edilir. İlk və texniki peşə təhsili səviyyələri üzrə hər ixtisas qrupuna görə 1 (bir) ştat vahidi, "Peşə təhsili müəssisələrinin ayrı-ayrı peşə istiqamətləri üzrə tədris qruplarında orta sıxlığın müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 mart tarixli 86 nömrəli Qərarının 3-cü hissəsində qeyd olunan halda isə 2 (iki) ştat vahidi istehsalat təlimi ustası vəzifəsi müəyyən edilir.

Tədrisin kredit sistemi ilə təşkil olunduğu qruplarda təhsil alan hər 100 tələbəyə görə 1 (bir) ştat vahidi tyutor vəzifəsi müəyyən edilir. Hər bir inklüziv təhsil qrupuna görə 1 (bir) ştat vahidi müəllim köməkçisi vəzifəsi müəyyən ediləcək.

Qərara görə, peşə təhsili müəssisələrinin filialı olduqda, filial üzrə 1 (bir) ştat vahidi filial müdiri, 1 (bir) ştat vahidi psixoloq, 1 (bir) ştat vahidi tədrisin təşkili üzrə koordinator, 1 (bir) ştat vahidi inzibati işlər üzrə koordinator, 3 (üç) ştat vahidi gözətçi (peşə təhsili müəssisələrində binaların qorunması mühafizə xidməti tərəfindən həyata keçirilmədiyi halda), 1 (bir) ştat vahidi binanın istismarı üzrə texnik, 1 (bir) ştat vahidi
fəhlə vəzifələri müəyyən edilir.

Peşə təhsili müəssisələrinin korpusları əsas korpusdan fərqli rayon/şəhərdə yerləşdikdə, korpus üzrə 1 (bir) ştat vahidi korpus rəhbəri, 1 (bir) ştat vahidi psixoloq, 1 (bir) ştat vahidi tədrisin təşkili üzrə koordinator, 1 (bir) ştat vahidi inzibati işlər üzrə koordinator, 3 (üç) ştat vahidi gözətçi (peşə təhsili müəssisələrində binaların qorunması mühafizə xidməti tərəfindən həyata keçirilmədiyi halda), 1 (bir) ştat vahidi binaların istismarı üzrə texnik, 1 (bir) ştat vahidi fəhlə vəzifələri müəyyən edilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol