Ötən il nə qədər şəxsə əlilik təyin olunub? - Açıqlama

Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ildə 50,7 min şəxsə əlilik təyin olunub. Bu barədə Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov deyib.
O bildirib ki, 2021-ci ildən tətbiq olunan yeni meyarların sayı artırılaraq 617-yə çatdırılıb. "Agentliyin reabilitasiya mərkəzləri tərəfindən 87.7 min nəfər əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib ki, bu da əvvəlki illə müqayisədə 74% çoxdur. 10.5 min nəfər əlilliyi olan şəxsə 91.4 min reabilitasiya vasitəsi ilə təmin edib", - Bayramov yanvarın 30-da 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında jurnalistlərə açıqlamasında qeyd edib.
Aygün Mirakif
www.anews.azOxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























