4 mindən çox müharibə iştirakçısına ötən il əlillik təyin edilib

Vətən müharibəsi iştirakçısı olan 4046 nəfərə əlillik təyin olunub. Bunu Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov deyib.
Sədr bildirib ki, müraciət edən müharibə iştirakçıları ilə bağlı verilən imtinaların sayı barəsində statistika aparılmayıb.
"Post müharibə dövründə 6 min 350 nəfərin 46%-inə əlillik təyin edilib", - Bayramov yanvarın 30- da 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, müharibə iştirakçısı qazilərə əlillik təyinatı ilə yanaşı sosial dəstək də göstərilir.
Bundan əvvəl, Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli mətubata açıqlamasında bildirib ki, 2023-cü il ərzində şəhid ailə üzvləri, müharibə əlilləəri və müharibə veteranları olmaqla ümumilikdə 9600 şəxs işədüzəltməyə cəlb olunub. Hazırda isə bu kateqoriyadan olan 12. 811 nəfərlə Dövlət Məşğulluq Agentliyinin xidmətlərinə cəlb edilməsi üçün işlər aparılır.
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























