• $
  • €
  • ₽
  • ₺
  • £

Elm və Təhsil Nazirliyi məktəblilər üçün yeni layihəyə başlayıb

Elm və Təhsil Nazirliyi məktəblilər üçün yeni layihəyə başlayıb
30.01.2024 12:53
Elm və Təhsil Nazirliyinin dəstəyi, "Bir könüllü” Tələbə Təşkilatının təşəbbüsü ilə 8, 9, 10 və 11-ci sinif şagirdləri üçün "Məktəbli könüllü” proqramı həyata keçirilir. Bu barədə nazirliyin açıqlamasında qeyd olunub. 

Ölkədə ilk dəfə keçirilən proqramın məqsədi şagirdlər arasında sosial inkişafa dəstək olmaq, komandada işləmək bacarığını formalaşdırmaq, əməkdaşlıq, liderlik, analitik düşüncə kimi keyfiyyətləri gücləndirmək, həmçinin məktəbdaxili nizam-intizam qaydalarına riayət edən, akademik göstəriciləri yüksək olan, aktiv sosial fəaliyyət və vətənpərvərlik keyfiyyətləri ilə örnək təşkil edən gənc nəslin yetişməsinə dəstək olmaqdır. 

İlkin mərhələdə Bakı, Xırdalan və Sumqayıt məktəblərini əhatə edən layihəyə bu günədək 780 müraciət daxil olub. Onlardan 482 nəfəri Bakı və Sumqayıtda, 298-i isə digər bölgələrdə təhsil alan məktəblilərdir. Müsahibə mərhələsinə 460 nəfər dəvət olunub, onlardan 213-ü proqrama üzv seçilib.

Qeyd edək ki, proqrama seçim prosesi hazırda davam edir. Proqrama üzv olmaq istəyən şagirdlər 29 fevral tarixinədək qeydiyyat formasını (https://forms.gle/jY4cK2UxqNBQ7UgU7) tamamlamalıdırlar. Proqramın tərəfdaşı olmaq istəyən ümumi təhsil müəssisələri isə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət ünvanlaya bilər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol