• $
  • €
  • ₽
  • ₺
  • £

Vətən müharibəsi iştirakçılarına idman protezləri veriləcək - Anar Bayramov

Vətən müharibəsi iştirakçılarına idman protezləri veriləcək - Anar Bayramov
30.01.2024 13:41
Vətən müharibəsi iştirakçılarına idman protezləri veriləcək. Bunu Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin İdarə Heyətinin sədri  Anar Bayramov deyib. 
 
"Yeni layihəyə start vermişik. Vətən müharibəsi qazilərinin marağını nəzərə alaraq yeni idman protezlərinin təminatına başlayırıq. Danimarkanın qaçış üçün xüsusi idman protezləri var. Biz bunun testini 20 vətən müharibəsi iştirakçısı üzərində həyata keçirdik. Onların rəyi kifayət qədər müsbət, maraqları çox böyük olub. Artıq Danimarka ilə müqavilə imzalanıb və həmin protezlər bizim Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə təhvil verilib. Qısa müddətdə vətən müharibəsi iştirakçıları bu protezlərlə təmin olunacaq", - Bayramov yanvarın 30- da 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib. 
 
Onun sözlərinə görə, 2023-cü ildə əlilliyi olan şəxslərə ümumilikdə 91 400 köməkçi vasitələr dövlət büdcəsi hesabına verilib. 

"Onlardan 2 145 aşağı ətraf protezi, 297 yuxarı ətraf protezi, 7406 ortopedik ayaqqabı, 4763 təkərli, mühərrikli oturacaqlar, 1800 eşitmə aparatı, 11 700 dən çox dayaq vasitələridir. Eyni zamanda 2080 müharibə əlilləri 49 765 müxtəlif növ reabilitasiya vasitəsi ilə təmin olunub. 
220- yaxın müharibə qazisi 230 yüksək texnologiyalı protez verilib. Vətən müharibəsindən öncəki dövrdə yaralanmış, əzalarını itirmiş, ombutasiya edilmiş qazilərdən 240 nəfərə 251 yüksək texnologiyalı protezlər  verilib. Bu protezlər orqanizm funksiyasını, itirilmiş əzanın funksiyasını yüksək həcmdə bərpasını təmin edir. " ,- Bayramov vurğulayıb. 

Sədr bildirib ki, təqdim olunan köməkçi vasitələrin növləri dəyişib və artıb. 
 
"2021-ci ildə ilk olaraq yüksək texnologiyalı protezlər, mühərikkli, təkərli oturacaqlar verilirdisə, 2022-ci ildən artıq hidrovlik çarpayılar, hərəkətli qaldırıcı qurğular, ortopedik döşəklər və s. verilməyə başlandı. 2023-cü ildən isə danışan kitablar, səsli panometr, ortopedik yastıqlar, səs aparatları və s. verilməyə başlandı. Yenə də təkminləşdirmə prosesini davam etdirik və bu siyahını daha da genişləndirmək niyyətindəyik. Bu günləri 57 reabilitasiya və köməkçi vasitəsi verilirsə, artıq bu günə qədər təqdim olunmayan reabiltasiya və köməkçi vasitələrinin verilməsi yeni hazırlanmış layihəyə əlavə olunub. Ümid edirik ki, bu il layihə qəbul edildikdən sonra bu vasitələr vətəndaşlara təqdim olunacaq. Nəticədə bu sayın 81-ə çatdırılması, eyni zamanda da köməkçi aksesuarlarla birlikdə isə 128-ə çatdırılması nəzərdə tutulub", - o əlavə edib. 
 
Aygün Mirakif

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol