• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il 470 mindən çox daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb

Ötən il 470 mindən çox daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb
30.01.2024 14:44
2023-cü ildə 477 351 daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb ki, bu da əvvəlki illə müqayisədə 24,9% çoxdur. Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova deyib.
 
"Mülkiyyət hüququ qeydiyyata alınmış əmlaklardan 90 çoxmərtəbəli yaşayış binası, 316 596 torpaq sahəsi, 747 əmlak kompleksi kimi müəssisələr,  10 698 qeyri-yaşayış obyekti, 54 485 fərdi yaşayış və bağ evləridir”, - Alimavo 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
 
Qurumun açıqlamasında bildirilib ki, 2020-ci ildə 237 450, 2021-ci ildə 305 308, 2022-ci ildə isə 382 319 daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.
 
Sədr qeyd edib ki, hesabat dövründə 7 278 daşınmaz əmlaka dair yüklülük (icarə və istifadə hüququ) dövlət qeydiyyatına alınıb ki, bu da əvvəlki illə müqayisədə 33,6% çoxdur.
 
"Ötən il daşınmaz əmlaka dair 378 102 ədəd texniki sənəd (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü), 278 129 ədəd məhdudlaşdırmaya (yüklülüyə) dair dövlət reyestrindən arayış, 119 733 ədəd əhaliyə xidmətlə bağlı müxtəlif arayışlar tərtib olunub, 81 762 ədəd ipotekaya qoyulmuş əmlakın dövlət qeydiyyatı  aparılıb”, - o əlavə edib.
 
Qurum rəsmisinin sözlərinə görə, 2023-cü ildə daşınmaz əmlakın dövlət qeydiyyatına alınması hesabına dövlət büdcəsinə  əvvəlki illə müqayisədə 12,6% çox, yəni 32 milyon 240 min 234 manat rüsum ödənilib.
 
Aygün Mirakif

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol