• $
  • €
  • ₽
  • ₺
  • £

“Tülallar” qızıl yatağında süxurlar ilk dəfə partladılıb

“Tülallar” qızıl yatağında süxurlar ilk dəfə partladılıb
31.01.2024 18:47
2023-cü il  fevralın 11-də  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə  "AzerGold" Səhmdar Cəmiyyətin təsis olunmasının 8-ci ildönümündə "Tülallar” qızıl yatağında süxurların ilk dəfə partladılması prosesi həyata keçirilib.  Bunu AzerGold QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov qeyd edib. 
 
”AzerGold” ötən il yataqların mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsalat proseslərinin optimallaşdırılması üzrə fəaliyyətini uğurla davam etdirib. Səhmdar Cəmiyyət üçün ən əlamətdar təqvimlərdən birində, 11 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Səhmdar Cəmiyyətin təsis olunmasının 8-ci ildönümündə "Tülallar” qızıl yatağında süxurların ilk dəfə partladılması prosesi həyata keçirilib. Göygöl rayonunda yerləşən "Tülallar” qızıl yatağı respublikamızın malik olduğu zəngin mineral-xammal potensialını dayanıqlı inkişafa çevirməyi, ölkənin sosial-iqtisadi inkişafına töhfələr verməyi qarşıya məqsəd qoyan "AzerGold” QSC-nin istismara verdiyi sayca 4-cü qızıl yatağıdır”, - o bildirib.
 
O həmçinin qeyd edib ki, hesabat ilində hasilat göstəriciləri 63.7 min unsiya qızıl təşkil edib.
 
"Hesabat ilində hasilat göstəriciləri 63.7 min unsiya qızıl təşkil edib. Bu, fəaliyyət dövrü ərzində ən yüksək illik göstəricidir. Eyni zamanda ötən il 114.3 min unsiya gümüş hasilatı həyata keçirilib. Beləliklə, qızıl hasilatı plandan 2%, gümüş hasilatı isə 6% artıq icra edilib. 2022-ci illə müqayisədə 2023-cü ildə qızıl hasilatında 1.7 min unsiya artım (3%) qeydə alınıb”,  -  İbrahimov bildirib.
 
Onun sözlərinə görə, 2024-cü il üçün hasilat planı isə hesabat ili ilə müqayisədə 9% daha artıq olmaqla 70 min unsiya qızıl, 27% daha artıq olmaqla – 156.8 min unsiya gümüş təşkil edir. 

 Çiçək Sadatova 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol