Əlillik təyinatından narazı olanlar üçün əyani müayinə mexanizmi yaradılıb - Anar Bayramov

Əlillik təyinatını ilə bağlı verilən qərardan narazı olan vətəndaşlar birbaşa Tibbi-Sosisal Ekspertiza Mərkəzinə müraciət edə bilər. Bunu Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov deyib.
"Əlillik təyinatı tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndəriş əsasında aparılır. Orada əks etdirilən məlumatlar əsasında elektron şəkildə, vətəndaşla təmasda olmadan həyata keçirilir. Vətəndaşın verilən qərarla razı olmadığı halda əyani müayinəyə gəlmək mexanizmi yaradılıb. Bunun məqsədi əlilliyi olan şəxslərin haqlarının tanınması və şəffaf qərarların təmin olunmasıdır. Belə ki, hər bir vətəndaşın müraciətinin aktlaşdırılması ilə 5 iş günündə əlillik təyinatı almaq imkanı yaradılır. Bu mexanizm əlillik təyinatının alınmasında əlçatanlığı təmin edir”, - Bayramov yanvarın 30- da 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yaradılmış Tibbi-Sosisal Ekspertiza Mərkəzində instrumental metodikaların sayının artırılması hesabına vətəndaşların yenidən hər hasnı tibbi müəsissəyə göndərişlə göndərilməsinə ehtiyac qalmır.
"Yaradılmış Tibbi-Sosisal Ekspertiza Mərkəzinə müraciət üçün elektron növbə sistemi fəaliyyət göstərir. Hər bir vətəndaş istədiyi günə, saat və istədiyi ixtisas üzrə növbə götürüb müraciət edərək əyani şəkildə əlillik qiymətləndirilməsindən keçə bilər. Tibbi-Sosisal Ekspertiza Mərkəzində aparılan instrumental metodikaların sayı genişləndirilib. Bunun bir neçə vacib əhəmiyyəti var. İlk növbədə vətəndaşların rahatlığı üçün verilən məsələdir ki, vətəndaşı yenidən hansısa tibbi müəsissəyə göndərişlə göndərmək ehtiyacı qalmır. Ən vacib müayinələr, labarator, funksional diaqnostika artıq mərkəzdə dərhal keçirilərək əlillik təyinatı aparıla bilir”, - sədr əlavə edib.
Bayramov əlillik təyinatı qərarından narazı olan vətəndaş müraciətlərin 43%-nin öz təsdiqini tapdığını vurğulayıb.
"Şəffaflığın qorunması üçün təhrif edilmiş, saxtalaşmış rəylərin aşkara çıxarılması üçün vacib bir mexanizmdir. Növbəti addım primitiv xarakter daşıyır. Bu sahədə çalışan insanlar da, vətəndaşlar da əlilliyin şəffaf qiymətləndirilməsi faktını bilərək müvafiq tədbirlər görürlər. Müraciət edərək bilirlər ki, təqdim etdikləri rəylər, sənədlər yoxlanacaq və obyektiv qərar video müşahidə ilə veriləcək. Nəticədə əlillik təyinatı qanunvericilikdə müəyyən edilmiş qısa müddətdə həyata keçirilir. Bu müddət bitdikdə qərar barədə vətəndaşa SMS məlumatlandırma göndərilir”, - o deyib.
Aygün Mirakif
www.anews.azOxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























