16 yaşlı qız yaxın zamanda rəsmi nikaha girə bilər - Açıqlama

Rəsmi nigahı olmadan 32 yaşlı bəylə ailə quran 16 yaşlı qızın yaxın zamanda yerli icra hakimiyyəti tərəfindən nikahları tezləşdirilə bilər. Bu barədə Daxili İşlər Nazirliyi anews.az-ın sorğusuna cavabında bildirib.
Baku Tv-də 16 yaşlı qızın 32 yaşlı bəylə ailə qurması ilə bağlı süjet yayımlanıb. Süüjetdə 16 yaşlı xanım öz istəyi ilə 32 yaşlı bəyə qaçdığını etiraf edib. Bildirib ki, o 6-cı sinifdən təhsilini dayandırıb.
"Rəsmi nikah olmadan toy edərək birlikdə yaşayan Ruslan Məsiyev və 2007-ci il təvəllüdlü şəxs Mingəçevir Şəhər Polis Şöbəsinə dəvət ediliblər. Onlarla profilaktik iş aparılıb. Müəyyən olunub ki, onlar ötən il dekabr ayında könüllü olaraq ailə qurublar, məcburetmə halı yoxdur. Həmin şəxslərə izah verilib ki, yaşa görə qanunla icra hakimiyyətinin müvafiq qərarı ilə nikah tezləşdirilə bilər. Yaxın günlərdə onun 17 yaşı tamam olduğuna görə rəsmi nikah bağlanılacaq”, - DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib.
Məktəblinin təhsildən yayımlanması ilə bağlı Elm və Təhsil Nazirliyi hələlik sorğumuza cavab verməyib.
Həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Kommutəsi bu hadisə ilə bağlı heç bir münasibət bildirməyib.
Aygün
www.anews.azOxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























