Bakının bu gün bağlı olan yolları - Siyahı

Xocalı faciəsi səbəbindən insanların “Ana harayı” abidəsini rahat ziyarətini təmin etmək üçün bu istiqamətdə müvafiq qərar verilib
Xocalı faciəsinin ildönümü ilə əlaqədar bu gün paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. ANS PRESS-in xəbərinə görə, Xocalı faciəsi səbəbindən insanların “Ana harayı” abidəsini rahat ziyarətini təmin etmək üçün bu istiqamətdə müvafiq qərar verilib. Fevralın 26-da xocalı prospektində yerləşən “Ana harayı” abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimində iştirak edənlərin rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə həmin ərazidə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Tədbir tam başa çatana qədər Yusif Səfərov, Nəcəfqulu Rəfiyev, Afiyəddin Cəlilov və digə küçələrdən Xocalı prospektinə doğru hərəkətə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























